Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:36

Cəllad məzarlığı


Cəllad məzarlığı

Cəllad məzarlığı

-

"Qanun" nəşriyyatı yeni nəsil türk nasirlərindən olan Əsli E.Perkerin "Cəllad məzarlığı" romanını Azərbaycan dilində çap edib.

Cavid Zeynallının çevirdiyi bu psixoloji roman bir qətl hadisəsi üzərində qurulub.

Əsərdə daha çox dörd nəfər – Həmid, İsa, Lütfü və Fuad ətrafında baş verənlərdən danışılır. Həmid tanınmış tətikçi – killer olaraq “təmiz iş” görməkdə ad çıxarıb.

İsa isə qəbiristanlıq – məzarlıq keşikçisi olaraq Həmidin öldürdüyü adamları adlı, adsız qəbirlərə gömməklə izi itirməkdə ona yardımçı olur.

Lütfünü dayısının – Həmidin köməkçisi saymaq olar, o da bu dünyada özünü sınamaq istəyir. Dayısına heyranlıqla yanaşı qorxu hissi də onu daim izləyir.

Fuad isə təsadüfü bir qətli törədib onun qurbanına çevrilib. Universitet tələbəsi olan bu gənc istəmədən elədiyi cinayətin izini itirmək üçün bir zamanlar yaxşılıq etdiyi Lütfüyə üz tutur. Sanki hər şeydən qurtulur, cinayəti gizlətməyi bacarır. Ancaq bu gizlətdikləri onu içəridən, daxildən didib-dağıdır.

Yazıçı gəncin psixoloji sarsıntılarını, iztirablarını oxucuya çılpaq şəkildə çatdırmaq bacarığıyla onu da sanki hadisələrin iştirakçısına çevirir, gərginlikdə saxlayır.

Hazırda Amerikada yaşayan xanım yazıçının bu əsəri hər janrda – istər psixoloji, istər detektiv – əsərləri sevən oxucular üçündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG