Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:32

İlham Əliyev İsmayıllıda səfərdədir


İlham Əliyev
İlham Əliyev
Avqustun 14-də prezident İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlib. Azərtac-ın məlumatına görə, o, İsmayıllı şəhərinin mərkəzində eks-prezident Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Qasımov prezidentə H. Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şərait barədə məlumat verib. Bu istirahət mərkəzində qısa müddətdə abadlıq-quruculuq işləri görülüb, fəvvarələr
quraşdırılıb, yaşıllıq salınıb.

Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirib.
XS
SM
MD
LG