Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:08
-
18:35 – «AZƏR İSMAYILIN HƏBSİ SEÇKİ FƏALLIĞI İLƏ BAĞLIDIR»

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı partiya fəalı Azər İsmayılın həbsini hakimiyyətin uydurması, seçki kampaniyası dövründə müxalifətə qarşı götürdüyü xəttin bir hissəsi sayır:

«Tanımadığı, heç vaxt görmədiyi bir adamın ərizəsi əsasında saxlanıb ki, guya onu təhqir edib. Bir gün adamı polis şöbəsində saxlayıb, sonra şikayətçi ilə barış şərti qoyulub. Azərə 5 sutka həbs verilməsi hakimiyyətin müxalifətə qarşı repressiyasının bir hissəsidir».

Gülağa Aslanlı Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının həbsini, bir gün əvvəl Lənkəran-Masallıda seminar keçirən partiya üzvlərinə təzyiqləri də xatırlayır. Onun fikrincə, hakimiyyət müxalifətin seçki planlarından əndişələnib və müxalif qüvvələrin gözünü qorxutmaq istəyir.

Azər İsmayıl Müsavat başqanı İsa Qəmbərin Sabirabad rayonu üzrə seçki qərargahının üzvü, imzatoplayanlara təlim keçənlərdən biridir.

«Onun həbsi bilavasitə seçki kampaniyasındakı fəaliyyətini məhdudlaşdırmaqla bağlıdır», - Gülağa Aslanlı belə deyir.

18:00 - 5 SUTKA HƏBS ALDI

Müsavat fəalı Azər İsmayıla 5 sutka həbs kəsilib.

Müsavat Partiyası Sabirabad təşkilatının sədri Yavər Gülməmmədovun AzadlıqRadiosuna bildirdiyinə görə, məhkəmədəki şahid Azərin onu təhqir etdiyini bildirib.

14:00 - MƏHKƏMƏNİN GÜNORTADAN SONRA OLACAĞI GÖZLƏNİLİR

Müsavat Partiyası Sabirabad təşkilatının sədri Yavər Gülməmmədov deyir ki, Azər İsmayıldan polisə şikayət olunub, guya kimisə təhqir edib. Ancaq şikayətçi tərəfin şikayətini geri götürəcəyi gözlənir. Məhkəmə iclasının günortadan sonra keçiriləcəyi bildirilir.

11:00 - MÜSAVAT FƏALI AZƏR İSMAYILOV SAXLANIB

Avqustun 13-də axşamüstü Müsavat partiyası Sabirabad rayon təşkilatının Şura üzvü Azər İsmayılov saxlanılıb. Azər İsmayılov (İsmayıl) sosial şəbəkələrdə fəallığı ilə seçilir.

Məlumatı AzadlıqRadiosuna Müsavat partiyasından Gülağa Aslanlı verib:

«O, mağazada ərzaq alarkən polis ona yaxınlaşıb və onlarla birlikdə polis şöbəsinə getmək göstərişi verib. Azər səbəbini soruşanda polislər kobud davranaraq onu polis bölməsinə aparıblar. Polis rəisi və onu aparan polislərlə görüşmək cəhdi fayda verməyib. Bu gün səhər Xalq Azadlıq partiyasının Sabirabad təşkilatının sədri Novruz Quliyev məsələni aydınlaşdırmaq üçün polis idarəsinə gedib. Onu da saxlayıblar».

POLİS DEYİR MƏLUMAT VERİLƏCƏK

Müsavat Partiyası Sabirabad təşkilatının sədri Yavər Gülməmmədov AzadlıqRadiosuna deyir ki, bir neçə saatdır polis idarəsinin qarşısında olsa da, heç bir informasiya ala bilmirlər:

«Bu gün, xəbərimiz olmadan, arxa qapıdan məhkəməyə aparıb-gətiriblər. Ancaq nə məhkəmə, nə də polis idarəsindən qərar barədə bir söz demirlər».

Sabirabad polisindən isə AzadlıqRadiosuna bildiriblər ki, Azər İsmayılovun məhkəməsi hələ olmayıb, bu barədə ətraflı məlumat veriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG