Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:31

Misirdə etirazçıların düşərgələri dağıdılır


Misirin təhlükəsizlik qüvvələri Qahirədə devrilmiş prezident Muhammad Morsi tərəfdarlarının iki etiraz düşərgəsini sökməyə başlayıb. Məlumatlara görə, gözyaşardıcı qazdan istifadə olunub.

Zirehli maşınlar çərşənbə günü səhər Rabaa al-Adawiya məscidi və Nahda meydanındakı düşərgələri təmizləməyə başlayıb. Şahidlər azı 15 nəfərin öldüyünü deyirlər.

Etirazçılar altı həftədir düşərgəyə toplaşıblar. Müsəlman Qardaşlarının aparıcı üzvü Morsi-ni iyulun 3-də ordu devirib. Tərəfdarları onun prezident postuna qaytarılmasını tələb edir.

Çevrilişdən bəri Misirdə iğtişaşlarda azı 250 nəfər ölüb.
XS
SM
MD
LG