Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:28

Bakının Xəzər rayonunda qaz olmayacaq


Bakının Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

«Azəriqaz» İstehsalat Birliyinin rəsmi səhifəsinin məlumatına görə, təmir işləri ilə əlaqədar avqustun 14-də saat 16:00-dək «Albalılıq» Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Albalılıq ərazisi və Binə qəsəbəsinin Atçılıq adlanan yaşayış sahəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
XS
SM
MD
LG