Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:37

Rezidenturaya sənəd qəbulu başlayır


Avqustun 14-dən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün rezidenturaya sənəd qəbuluna başlayıb. Komissiyadan Trend-ə verilən məlumata görə, sənəd qəbulu avqustun 23-dək aparılacaq.

Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər (namizədlər) malikdirlər. Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılacaq.

Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.
XS
SM
MD
LG