Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:54

Sosial şəbəkələrdə iş tapmağın yolları


-


Bu yollardan necə yararlanmaq olar?

FM-Sosial şəbəkələrdə iş tapmağın yolları

Facebook-dan Birbaşa Şərh Yaz

HR mütəxəssisi Kənan Rəhimov
:

- İş axtararkən ilk addım ixtisası seçməkdir. Hansı peşə üzrə iş axtardığını dəqiq bilmək lazımdır. Daha sonra sosial şəbəkələrdə həmin peşəylə bağlı iş elanlarına nəzər salmaq olar.

- CV-də əsas məqsəd özünün peşəkar bacarıqlarını çatdırmaqdır. İş elanı hansı peşəylə bağlıdırsa, o peşəylə bağlı qeydləri etmək lazımdır. CV-də hobbiylə, şəxsi həyatla bağlı qeydlər aparmağa ehtiyac yoxdur.

- CV-də məlumatlar bir səhifədə konkret ifadə edilməlidir. Öz bacarıqlarını şişirdilmiş formada qeyd etmək doğru deyil.

VİDEO CV-LƏR İŞ AXTARIŞINDA YENİLİKDİR

Şəxsi inkişaf üzrə mütəxəssis Toğrul Ələkbərov:

- İş axtaran hər bir şəxs peşəsinə uyğun şirkətlərin siyahısını araşdırmalıdır.

- Müxtəlif peşələrə aid vakansiyalara eyni CV-ni göndərmək doğru deyil.

- CV iki səhifədən artıq olmamalıdır. Bəzən hətta HR vakansiyaları üzrə səkkiz səhifəyə yaxın məlumat göndərilir.

- CV-də şəkil sənəd formasında olmalıdır. Çox böyük ölçülərdə, lazımsız məkanlarda çəkilmiş şəkilləri qoymaq doğru deyil. Bir az təbəssüm olmalıdır üzdə. Ad, soyad, doğum tarixi, milliyyət, ünvan qeyd edilməlidir. Təhsildən daha çox işlə, təcrübəylə bağlı məlumatlar verilməlidir. CV-də əsas bacarıqlarını da qeyd etmək yaxşı haldır. İştirak edilən təlimlər peşəylə bağlı olmalıdır. Pul barədə heç bir qeyd edilməməlidir.

- Video CV-lər yenilikdir iş axtarışında. Lakin bunu peşəkarcasına etmək lazımdır. Videoda klounluq etmək doğru deyil.

- Son işlədiyin yer, dil bilgiləri, oxuduğun fakültəni qeyd etmək əsasdır. Dil bilgiləri əla, orta, pis səviyyələrindən birində yazılmalıdır. Yalan məlumatları əks etdirməkdən qaçmaq lazımdır.
XS
SM
MD
LG