Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:38

Azərbaycanla Rusiya arasında bir sıra sazişlər imzalanıb


Vladimir Putin və İlham Əliyev
Vladimir Putin və İlham Əliyev
Avqustun 13-də Azərbaycan və Rusiya prezidentlərinin Bakıda keçirilən görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Görüşün sonunda Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiyanın “Rosneft” şirkəti arasında əməkdaşlıq və neftin nəqlinin şərtləri barədə saziş imzalanıb.
Söhbət neftin birgə tədarükü və nəqlindən gedir. Bundan başqa sərhəd bölgəsindən keçən Samur çayı üzərində avtomobil körpüsünün tikintisi , humanitar sahə və təbii fəlakətlər zamanı əməkdaşlıq barədə sazişləri imzalanıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu gün Azərbaycana işgüzar səfərə gəlib.

Onu səfər zamanı güc qurumları da daxil olmaqla nazirlər və iri şirkətlərin rəhbərləri müşaiyət edib.
XS
SM
MD
LG