Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:38
Misirin paytaxtı Qahirədə polislə devrilmiş prezident Mohammad Morsinin tərəfdarları arasında toqquşmalar davam edir.France-Presse agentliyinin məlumatına görə, Morsinin təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatının onlarla tərəfdarları sosial müdafiə nazirliyinə soxulub, Polis binanı tərk etmək əmri versə də onlar buna tabe olmayıb və bundan sonra indiki hakimiyyətin tərəfdarları ilə islamçılar arasında toqquşma baş verib.
İşə qarəşan polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaqzdan istifadə edib.

Bundan başqa Morsinin şəhərin mərkəzinə yığışan tərəfdarları vitrin və mağazaları dağıtmağa başlayıb və bu dəfə də yerli sakinlərlə toqquşma baş verib.

Morsi iyulun 3-də hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılıb. Hərbçilər onu səlahiyyətlərini aşmaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG