Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:01

İlham Əliyevlə Vladimir Putin görüşüb


İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin
“Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərə əlavə təkan verəcək ”.

İnterfaks”ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.
İlham Əliyev hazırda iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini və bu səfərdən sonra bunun daha dinamik şəkildə davam etdiriləcəyini qeyd edib.

Öz növbəsində Vladimir Putin iqtisadi çətinliklərə baxmayaraq iki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini və ticarət dövriyyəsdinin rekord həddə çatdığını deyib. O qeyd edib ki, Rusiya ilə Azərbaycanın ticarət-iqtisadi əlaqələrdə lider ölkələrdən biri olduğunu qeyd edib: “Bu sahədə ikinciyik, ticarət dövriyyəsi artır. Ən xoşagələn də odur ki, ticarət dövriyyəsinin strukturu istər Azərbaycan, istərsə də Rusiya tərəfdən olduqca yaxşıdır”.

Rusiya prezidenti Vladimir Putin bu gün Azərbaycana işgüzar səfərə gəlib.
Onu səfər zamanı güc qurumları da daxil olmaqla nazirlər və iri şirkətlərin rəhbərləri müşaiyət edir. Səfərin sonunda enerji və nəqliyyat sahələri də daxil olmaqla, tərəflər arasında 5-6 rəsmi sənəd imzalanacağı gözlənilir.

Prezidentlər Dağlıq Qarabağ münaqişəsi və Xəzərin yekun statusu da daxil olmaqla bir sıra regional və beynəlxalq məsələləri də müzakirə edəcəklər.
XS
SM
MD
LG