Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:46
“Azərbaycan prezidentliyinə namizədliyim şəxsi qərarımdır, bunun təmsil olunduğum partiya ilə heç bir əlaqəsi yoxdur”. Bunu APA-ya Ana Vətən partiyasının sədr müavini, deputat Zahid Oruc bildirib.

O qeyd edib ki, bir təşkilat faktiki olaraq İlham Əliyevin namizədliyini dəstəklədiyi halda, paralel olaraq başqa birisinin namizədliyini irəli sürə bilməzdi.Zahid Oruc bildirib ki, onun bu addımı bu günədək qoşulduğu platforma və onun fəaliyyəti ilə heç bir ziddiyyət yaratmır.

Qeyd edək ki, Zahid Oruc prezidentliyə namizədliyi ilə bağlıMSK-ya sənədlərini təqdim edib.

Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG