Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:21
Rusiya prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana gəlib.

Onu xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, enerji naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, “Rosoboroneksport”un baş direktoru Anatoli İsaykin, Rusiyanın Xəzər dənizi üzrə çoxtərəfli danışıqlardakı nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, “Rosneft” və “Lukoyl”un rəhbərləri İqor Seçin və Vahid Ələkbərov müşayiət edirlər.

Səfərin sonunda enerji və nəqliyyat sahələri də daxil olmaqla, tərəflər arasında 5-6 rəsmi sənəd imzalanacağı gözlənilir.

Prezidentlər Dağlıq Qarabağ münaqişəsi və Xəzərin yekun statusu da daxil olmaqla bir sıra regional və beynəlxalq məsələləri də müzakirə edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG