Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:06

«Sevimli artistə həsr olunur…»


Müslüm Maqomayev
Müslüm Maqomayev
-
Oktyabrın 9-da Moskva Beynəlxalq Musiqi Evində Vokalçıların Müslüm Maqomayev adına Beynəlxalq Müsabiqəsi laureatlarının «Sevimli artistə həsr olunur...» qala-konserti keçiriləcək.

Qala konsertdə Vladimir Boldt, Aida Qarifullina, Dəmir Zakirov, Tatyana Zakirova, Maksim Katırev, Yevgeni Kunqurov, Anatoli Sivko, İlya Silçukov və Vokalçıların Müslüm Maqomayev adına 11 Beynəlxalq Müsabiqənin «Qran-pri»sinin sahibi Jenisbek Piyazov kimi parlaq vokalçılar yenidən müsabiqədənkənar səhnəyə çıxacaqlar.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərdə vurğulanır ki, gənc müsabiqə iştirakçılarına SSRİ Xalq Artisti Tamara Sinyavskayanın daimi sədrlik etdiyi professional münsiflər heyəti qarşısında öz istedadlarını nümayiş etdirmək heç də asan olmayacaq.

Axı, vokalçılardan tələb olunan yüksək səviyyə SSRİ Xalq Artisti Müslüm Maqomayevin misilsiz istedadı və artistizmi ilə müəyyən edilib.

Qala-konsertin proqramına R.Vaqner, C.Puççini, Q.Donisetti, İ.Kalman, P.Çaykovski, C.Verdi, A.Paxmutova və başqalarının müxtəlif janrlarda əsərləri daxil ediləcək.

«Sevimli artistə həsr olunur...» Müslüm Maqomayev sənətinin pərəstişkarları üçün unudulmaz hədiyyə olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG