Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:56
BMT-nin baş katibi Ban Ki Moon İslamabada 2 günlük səfərə gedib.

Səfər Kəşmirə görə Hindistanla Pakistan arasında münasibətlərin yenidən gərginləşdiyi bir vaxta düşür.Avqustun 6-da sərhəd bölgəsində yaraqlıların hücumu nəticəsində 5 Hindistan əsgəri ölüb.Pakistan ordusu bu hücumda əli olmadığını deyir.

Ban Ki Moon bu gün prezident Asif Ali Zardari və baş nazir Navaz Shariflə görüşməlidir.
O bu gün İslamabadda çıxış edərkən Pakistanın beynəlxalq sülhməramlı əməliyyatlarda tövhəsini yüksək qiymətləndirib.

Ban Ki Moon sabah Pakistanın müstəqilliyi ilə bağlı keçiriləcək təntənəli mərasimdə də iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG