Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:38
-

Avqustun 13-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi təsdiq edilib. Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda, Ümid Partiyasının səlahiyyətli nümayəndələri də qeydə alınıb.

Prezidentliyə doqquz namizəd artıq seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP-ın sədri, prezident İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevdir.

İlham Əliyev, Əhməd Oruc, İlqar Məmmədovun (Altay) prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG