Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:06

Ombudsman nümayəndələri Tural Abbaslıya baş çəkib


Bu barədə AzadlıqRadiosuna Ombudsman yanında Milli Preventiv Mexanizm qrupunun rəhbəri Vüqar Məmmədov məlumat verib:

«Tural Abbaslının saxlanma şəraiti ilə bağlı bəzi narazılıqları olub. Təklikdə görüşdük. Daxili intizam qaydalarını pozduğuna görə gündə 2 saatdan çox olmayaraq 3-4 dəfə əl qandalı tətbiq olunub. Bu məsələlər araşdırılıb. Daxili intizam qaydalara görə növbətçi, rəis, vəzifəli şəxslər içəri girərkən orda saxlanan şəxs ayağa qalxmalıdır. Özü də etiraf edib ki, ayağa qalxmayıb».

Vüqar Məmmədov qeyd edir ki, Tural Abbaslı yataq və qidalandığı qab-qacağın vəziyyətindən də narazı idi:

«Tural Abbaslının çarpayısındakı döşək onu qane etməyib. Təcridxana rəhbərliyindən xahiş etdik ona başqa döşək və döşəkağı versinlər. Oranın yeməklərini də istəmir, istəyir ki, yemək evdən gətirilsin. Bu isə qaydalara ziddir. Qab-qaşığı da istifadə etmək istəmir. Anasına bildirmişik ki, plastik yemək dəsti apara bilər. Səhhəti ilə bağlı isə heç bir narahatçılığı yoxdur».

Tural Abbaslı bu il yanvarın 12-də Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiyada iştiraka görə 600 manat cərimələnib. Cəriməni ödəmədiyi üçün mayın 3-də məhkəmə onun 220 saat islah işləri ilə məşğul olmasına qərar verib. Onun həbs olunmasına səbəb islah işlərindən boyun qaçırması göstərilir. Avqustun 7-də Nəsimi rayon Məhkəməsi Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslıya 15 sutka həbs cəzası verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG