Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:29
ABŞ Dövlət katibi John Kerry fələstinliləri İsrailin Şərqi Qüds və İordan Çayının qərb sahilində yəhudi qəsəbələrinin tikintisini davam etdirəcəyi ilə bağlı son bəyanatına neqativ reaksiyadan çəkinməyə çağırıb. Kerry tərəflərin dialoqu davam etdirməsinin vacibliyini bildirib.

Çərşənbə günü Qüdsdə növbəti İsrail-Fələstin danışıqları başlanmalıdır. Danışıqların 1-ci mərhələsi 2 həftə əvvəl Vaşinqtonda keçirilib.

İsrail isə bu arada-ötən bazar günü işxal edilmiş Fələstin ərazilərində tikinti işlərinin davam etdiriləcəyini bəyan edib. Məhz İsrailin bu planına görə sülh prosesi 2012-ci ildən dayandırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG