Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01
-

ABŞ-ın Tennessi ştatının hakimi Messiah (Məsih) DeShawn adlı körpənin adını dəyişib, Martin qoyub. Hakimin qərarı sosial şəbəkələrdə minlərlə adamların tənqidi ilə qarşılanıb. Uşağın anası qərardan yuxarı instansiya məhkəməsinə şikayət verəcəyini bildirib.

Hakim öz qərarını belə əsaslandırıb ki, bu ad yalnız bir nəfərdə ola bilər, o da peyğəmbər İsa Məsihdə.

Bir çoxları hakimin bu məsələdə çox uzağa getdiyini deyir.

Amerikanın Tennessi ştatının Sivil Azadlıqlar Birliyinin direktoru Hedy Weinberg bildirib ki, hakimlər öz dini inanclarını başqalarına tətbiq edə bilməzlər.

Messiah Martin DeShawn-un valideynləri 7 aylıq körpələrinin soyadı ilə bağlı razılaşmadığından yerli məhkəməyə müraciət etsələr də, onun adıyla bağlı fikir ayrılıqları olmayıb.

Ötən il Amerikada 762 körpəyə Məsih adı verilməsindən imtina olunub.
XS
SM
MD
LG