Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Azərbaycanda «DVB-T2» standartında yayıma keçid başlayıb


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) «Teleradio» İstehsalat Birliyi «DVB-T» və «MPEG4» standartında işləyən teleradio yayım stansiyalarını «DVB-T2» standartına keçirir.

Hazırda Azərbaycan ərazisinin 95%-dən çoxu «MPEG4», «DVB-T» formatında rəqəmli yayımla əhatə edilib.

Mövcud «DVB-T» stansiyaları regionlarda 10-12 televiziya kanalının, Bakıda isə 24 kanalın daxil olduğu sosial paketin yayımını təmin edir. «DVB-T2» stansiyaları isə kommersiya yayım xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulub.

İlk növbədə yeni formata keçid yayımı qəbul etməyə hazır olan ərazilərdə həyata keçiriləcək.

Bu standartda yayımı qəbul edən «set-box»ların və televizorların olması əsas şərtdir. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG