Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:21

Azərbaycanda ipoteka şərtləri yüngülləşdirilə bilər


Foto arxiv
Foto arxiv
Milli Məclis "İpoteka haqqında" qanuna dəyişikliklər etmək üçün hökumətin rəyini gözləyir. Bunu Trend-ə deputat Ceyhun Osmanlı deyib.

Söhbət ipoteka şərtlərinin yüngülləşdirilməsindən gedir.Ceyhun Osmanlı bu gün ölkədə ipoteka şərtlərinin 3 yöndə dəyişdirilməsinə ehtiyac olduğunu bildirib.Bunlardan birincisi kreditlərin məbləğinin bazar qiymətlərinə uyğunlaşdırılması, ikincisi faizlərin aşağı salınması, üçüncüsü isə daha çox adamın kredit ala bilməsi üçün İpoteka Fondunun genişlənməsidir.

Ceyhun Osmanlı bildirib ki, əgər hökumət rəy versə məsələ Milli Məclisin payız sessiyasının gündəliyinə salınacaq.
XS
SM
MD
LG