Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:44
-
AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy Culfa gömrük məntəqəsindən İrana getməsinə imkan verilmədiyini deyir.

Yaşar Bağırsoyun bildirdiyinə görə, gömrük məntəqəsində ona deyilib ki, bu haqda tapşırıq Naxçıvan MR DİN-dən gəlib:

«Bu gün müalicə məqsədi ilə İrana getmək istəyirdim. Culfa gömrük məntəqəsində Sərhəd Qoşunlarının əməkdaşları məni saxladılar. Dedilər ki, «sən xarici ölkəyə gedə bilməzsən çünki, Naxçıvan MR DİN-dən bu haqda tapşırıq verilib». Səbəbini soruşdum, dedilər ki get DİN-dən özün maraqlan. Halbuki, 2-3 ay öncə İrana getmişdim. Mən bunu özümə qarşı təxribat və siyasi təzyiq sayıram. Yəqin ki, bu yolla seçki öncəsi mənim Naxçıvandan çıxmağımı əngəlləməyə çalışırlar. Mən cinayət də törətməmişəm ki, bu səbəbdən ölkədən çıxışıma qadağa qoyulsun».

Məsələyə münasibət öyrənmək üçün Culfa Gömrük Sərhəd Xidməti ilə əlaqə saxladıq. Xidmətdən bu haqda açıqlama vermək istəmədilər.

Naxçıvan Muxtar Respublika DİN-dən də suallarımızı cavabsız qoydular.
XS
SM
MD
LG