Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:38

İlqar Məmmədovun namizədliyi təsdiqləndi


-
Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 12-də keçirilən toplantısında İlqar Məmmədovun (Altay) prezidentliyə namizədliyi təsdiq edilib.

Toplantıda çıxış edən MSK sədri Məzahir Pənahov namizədlərin imzatoplama məsələsinə də ciddi yanaşmalı olduqlarını söylədi:

«Qeydiyyatla bağlı məsələləri tez həll etməyə çalışacağıq. Bəzi namizədlər bizim onlara liberal yanaşma hisslərimizdən sui-istifadə edirlər. İmzatoplayan şəxslər faktiki olaraq seçicilərlə iş aparmalı, bu imzaları toplamalıdır. Bu da təbii ki, asan iş deyil. Xahiş edirəm namizədlər imzatoplama məsələsinə ciddi yanaşsın. Bizi pis vəziyyətdə qoymasınlar».

9 namizədin MSK-ya müraciət etdiyini deyən Məzahir Pənahov seçkilərdə müşahidəçilik missiyasına da toxunub:

«Bizə müşahidə üçün müraciət edənlərə rədd cavabı vermək marağında deyilik. Beynəlxalq müşahidəçilərin müraciətləri daxil olduqca, ümumi sayı barədə məlumat verəcəyik».

Azərbaycanda prezident seçkisi hər 5 ildən bir keçirilir. Bu il seçkilər oktyabrın 9-a təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG