Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:11

Rusiyanın «gözəgörünməz» gəmiləri Bakı limanına daxil olub


Rusiya prezidentinin səfəri ərəfəsində bu ölkənin Xəzər Donanmasının komandanı, vitse-admiral Sergey Alekminsky-nin bayrağı altında iki hərbi gəmisi toplanış səfəri çərçivəsində Bakı limanına daxil olub.

APA-nın məlumatına görə, «Dağıstan» raketdaşıyan gəmisi və «Volqodonsk» kiçik artilleriya gəmisi Xəzərdə iki ölkənin donanmaları arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı çərçivəsində Bakıya gəlib.

Səfər çərçivəsində Rusiyanın Xəzər donanması və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi arasında görüş planlaşdırılır.

«Dağıstan» və «Volqodonsk» «gözəgörünməz» adlanır. Buna səbəb gəmilərin adi insan gözüylə görünsələr belə, elektron sistemlər tərəfindən demək olar ki, qeydə alınmamasıdır.

«Zvezda» televiziyasının məlumatına görə, «Dağıstan»ın əsas qüdrəti sayılan raketin sürəti saniyədə 1000 km-dir. Raket 2 km-dən uzaq məsafəni hədəf ala bilir. Mütəxəssislərə görə, bu da Rusiya hərbçilərinə Xəzər dənizindən belə İran körfəzini müşahidə etməyə imkan verir.
XS
SM
MD
LG