Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:01

Prezident Zabrat-Buzovna yolunun yenidənqurulması işləri ilə tanış olub


Avqustun 12-də prezident İlham Əliyev paytaxtın uzunluğu 20 kilometr olan Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin yenidənqurulması işləri ilə tanış olub. Bu haqda məlumatı President.az saytı yayıb.

Yolun 11 kilometrlik hissəsi 6 cərgəli, 9 kilometrlik hissəsi isə 4 cərgəlidir. Yolun Sabunçu-Zabrat sahəsinin yenidən qurulması 2012-ci ildə, 14 kilometrlik Zabrat-Maştağa-Buzovna sahəsinin yenidən qurulması işləri isə 2012-2013-cü illərdə həyata keçirilib.

Məlumatda o da deyilir ki, bu yol Sabunçu, Zabrat, Maştağa, Nardaran, Buzovna, Zuğulba, Bilgəh qəsəbələrini bir-biriylə, ən başlıcası isə həmin qəsəbələri Azadlıq meydanı-Hava Limanı-Bilgəh magistral yolu ilə birbaşa birləşdirəcək.

Bu da 140 mindən çox əhalinin rahat gediş-gəlişini təmin edəcək.
XS
SM
MD
LG