Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:19

Navalnynın seçki qərərgahı xaricdən pul almadığını deyir


Aleksei Navalny

Aleksei Navalny

Moskva merliyinə namizəd Aleksei Navalnynın seçki qərərgahı seçki kampaniyasının xaricdən maliyyələşdirilməsi ilə bağlı Baş prokurorluğun məlumatını rədd edib.

Qərərgahın rəhbəri Leonid Volkov kampaniyanın tam qanuni , yalnız seçki hesabından maliyyələşdirildiyini, heç bir xarici vətəndaşdan maliyyə dəstəyi olmadığını bildirib.

Prokurorluğun məlumatında Navalny və onun kampaniyasına elektron sistemlə 46 ölkədən pul köçürüldüyü bildirilir. Cinayət işi qaldırmaq üçün artıq istintaq orqanlarına materiallar göndərilib.

Belə bir yoxlamanın keçirilməsini Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovsky tələb edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG