Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:49

Super Kubokun sahibi aslanlar oldu


Türkiyə super kubokunun sahibi «Qalatasaray» olub. Ötən gün Kayseri şəhərinin «Kadir Has» stadionunda keçirilən oyunda «Qalatasaray» «Fənərbağça»nın qapısından bir top keçirərək qalib gəlib.

2012-2013 mövsümün çempionu «Qalatasaray»la Türkiyə kubokunun sahibi «Fənərbağça» üz-üzə gəlib. Əsas vaxtda tərəflər qol imkanlarını dəyərləndirə bilməyiblər.

Hesab açılmayıb. 63-cü dəqiqədə təcrübəli müdafiəçisi Bruno Alves ikinci sarı kartdan sonra qırmızı alaraq, «Fənərbağça»nı azlıqda qoyub. Əlavə olunmuş vaxtda davamlı hücumlar edən «Qalatasaray» 99-cu dəqiqədə Drogba-nın baş zərbəsi ilə hesabı açıb.

Bu minimal hesabla da sarı-qırmızılar son yeddi ildə 3-cü super kuboku muzeyinə aparıb.
XS
SM
MD
LG