Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:21

R. İbrahimbəyovun prezidentliyə namizədliyi irəli sürüldü


R. İbrahimbəyov

R. İbrahimbəyov

-

Avqustun 12-də Milli Şuranın Təşəbbüs Qrupu yaradılıb. 150 nəfərlik qrup Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb. Bildirilir ki, namizədlə bağlı sənədlər hazırlanaraq, qısa zamanda Mərkəzi Seçki Komissiyasına müraciət ediləcək. Bu yazı daim yeniləndiyindən ən sonuncu xəbərlər yuxarıda yerləşdirilir. Azadlıqda qalın


12:45 - MİLLİ ŞURA PREZİDENTLİYƏ NAMİZƏDİNİ İRƏLİ SÜRDÜ

Milli Şuranın Təşəbbüs Qrupu yaradılıb. Toplantıdan sonra bu haqda mətbuata qrupun nümayəndəsi Elman Məmmədzadə deyib.

Your browser does not support iframes.
Onun sözlərinə görə, 150 nəfərlik təşəbbüs qrupu Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb. Qrup namizədlə bağlı sənədləri hazırlayaraq, qısa zamanda Mərkəzi Seçki Komissiyasına müraciət edəcək.

Avqustun 12-də Milli Şura üzvlərinin mətbuat konfransı keçirəcəyi də gözlənir.

12:30 - TOPLANTI QAPALI KEÇİRİLİR

Toplantı qapalı keçirilir. Təşəbbüs Qrupunun məlumatına görə, müzakirələrin bir neçə saat davam edəcəyi gözlənir. Bu dəqiqələrdə toplantı rəhbərinin mətbuata müzakirə ediləcək məsələlərlə də bağlı qısa açıqlama verəcəyi bildirilir.

12:00 - TƏŞƏBBÜS QRUPU TOPLANIR

Avqustun 12-də bu dəqiqələrdə Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun təşəbbüs qrupu toplanmaqdadır. Bu haqda AzadlıqRadiosuna Şuranın komitə sədri Mehman Əliyev deyib.

Toplantıda Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin müzakirə ediləcəyi və rəsmən irəli sürüləcəyi gözlənilir.

Yazıçı, ssenarist, rejissor Rüstəm İbrahimbəyov bu il yaradılmış Milli Şuranın sədridir. Onun namizədliyini əngəlləyən Rusiya vətəndaşı olmasıdır. O, vətəndaşlıqdan imtina ilə bağlı Rusiya hökumətinə müraciət edib. Məsələnin bu günlərdə həlli gözlənir. Buna görə də İbrahimbəyov hələlik Azərbaycana gələ bilmir.

Ötən gün R. İbrahimbəyov Milli Şuraya başqa namizədlərin də irəli sürülməsi ilə bağlı məktub göndərib.

Azərbaycanda prezident seçkisi oktyabrın 9-da olacaq. Hazırda 7 nəfər prezidentliyə namizəd kimi seçki sənədlərini MSK-ya təqdim edib.

Şərhləri göstər

XS
SM
MD
LG