Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:32
-

Balayar Sadiq


PAPAQ GUNU

Papaq tökümü başlanan məmləkətdə
Qadın ləçəyidir ucalan bayraq,
O bayraq altında getməyə dəyməz!
Toyuqlar onsuz da uzağa uçmur,
Onların qanadın utməyə dəyməz.

Papaq tökümü başlanan məmləkətdə,
Tamı, dadı olmaz nağılların da.
Paslı qılıncların dəstəyı göynər,
Ən dərdli şairin misralarında.

Papaq tökümü başlanan məmləkətdə
Bayatıların, ağıların yuxusu qaçar.
Sinə dolu nəfəs almağa
dərd yaxasını açar.

Papaq tökümü başlanan məmləkətdə,
yaddaş-dağarcıq olar,
Ümid alaçiq olar.
Tökülən yaşlar içində tüstülənər
Tarix yoran, nal tökən yollar...

Qara paltarlı qadınların ahına,
Doğulan daşların günahına
dirsəklənib,
Tum cırtlayar papaqsız başlar,
Papaq tökümü başlayan məmləkətdə.

Saxlayar məmləkətin sonuncu papağını,
Tanrının yazığı gələr
bir yetimin göz yaşına.
O papağı qoymağa baş tapılmaz,
Bir yetim qoyacaq o papağı
öz qan yaddaşına...

Papaq tökümü başlanan məmləkətdə,
Qan yaddaşı cicəkləyən gün,
Ən dərdli şairin qılınc misrası
Bayraq kimi ucalar!
Torpağa sancılan daşların ahı,
Doğulan daşların günahı uçular!

Bir yetimin yaddaşindan doğacaq;
Məmləkətin BAYRAQ GÜNÜ.
YARAQ GÜNÜ,
PAPAQ GÜNÜ!!!.

Günün bütün mövzuları

XS
SM
MD
LG