Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:09

Əhməd Orucun namizədliyi təsdiq edilib, Araz Əlizadə də namizədliyini verib


Məzahir Pənahov

Məzahir Pənahov

-
Avqustun 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

MSK-nın yaydığı xəbərə görə, iclasda Azadlıq Partiyası tərəfindən irəli sürülmüş Əhməd Abdul oğlu Orucovun (Əhməd Oruc) Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi təsdiq olunub. MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Əhməd Orucovun namizədliyinin təsdiq edilməsi üçün sənədlər avqustun 6-da MSK-ya təqdim olunub. MSK müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən edib.

Əli Muxtar oğlu Rza Azadlıq Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb.

MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edib.

HƏLƏLİK 7 NƏFƏR SƏNƏD VERİB

APA-nın xəbərinə görə, MSK sədri Məzahir Pənahov iclasda bildirib ki, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Məmmədmübariz oğlu Əlizadənin namizədliyinin qeydə alınması ilə bağlı da MSK-ya müraciət daxil olub: “Onun və başqalarının sənədləri tam qaydasında olmadığına görə, onlara növbəti iclaslarda baxılacaq”.

Hazırda 7 nəfər prezidentliyə namizəd kimi seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.

BAXCP SƏDRİNİN DƏ NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLÜB

Avqustun 10-da isə MSK Yeni Azərbaycan Partiyasından İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin avqustun 11-də keçirilən iclasında isə partiya sədri, deputat Qüdrət Həsənquliyevin namizədliyi irəli sürülüb.

MSK prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verib. Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Şərhləri göstər

XS
SM
MD
LG