Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:06

Aeroflot büdcə filialı yaratmaq istəyir


-
Məlumatlara görə, Rusiyanın Aeroflot şirkəti ölkənin ilk davamlı büdcə aviaşirkətini yaratmaq yönündə ciddi addımlar atır. Aeroflot bu planını iyulun sonunda idarə heyətinin iclasından sonra elan edib. Ancaq büdcə aviaşirkətinin yaradılması Rusiya aviasiya qaydalarına dəyişikliklərdən asılıdır.
Təklif olunan filialın adı açıqlanmayıb. Ancaq Vedomosti qəzeti xəbər verir ki, Aeroflot onun Kiyev, Yerevan, İstanbul və Barcelona daxil olmaqla beynəlxalq marşrutlar üzrə işləməsini istəyir. Şirkətin 40 təyyarəsinin olacağı gözlənir.
Büdcə filialının Şeremetyovo deyil, Domodedovo Aeroportunda yerləşəcəyi gözlənir. Hazırda Aeroflot Rusiyanın mülki aviasiya bazarının 40 faizə qədərinə nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG