Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:16
-
İsrailin baş naziri Benjamin Netanyahu mədə yırtığından əməliyyat olunub və bazar günü xəstəxanadan buraxılacaq. Bu barədə İsrail həkimləri bildiriblər.
Köməkçiləri deyir ki, 63 yaşlı İsrail rəsmisinin “şüuru tam özündədir”, özünü “yaxşı hiss edir”, ancaq tam sağalması üçün bir neçə gün gərəkdir.
Əməliyyata görə bazar günü səhər nazirlər kabinetinin həftəlik iclası təxirə düşüb. Ancaq Netanyahunun idarəsi bildirib ki, nazirlər komitəsinin iclası olacaq və Fələstin rəsmiləri ilə avqustun 14-nə planlaşdırılan növbəti sülh danışıqlarından öncə məhbusların buraxılmasına baxılacaq. Həmin iclasa İsrailin müdafiə naziri Moshe Yaalon sədrlik edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG