Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:09

«Naxçıvanda xarici turistlərin milli xüsusiyyətlərinə uyğun xidmətlər…»


-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Kənd turizmi sərfəli və mənalı istirahət deməkdir
…Çoxları turizmin təşkili yollarını axtaranda zəruri turizm infrastrukturu, nəqliyyat, servis kimi məsələlər və bunların həlli üçün lazım olan peşəkar kadrların tapılması çətinliyi ilə üzləşirlər. Müasir turistlərin komfort standartlarına olan tələbatlarına, xüsusən xarici turistlərin milli xüsusiyyətlərinə uyğun xidmətlər təklif etmək kifayət qədər mürəkkəb məsələdir və bir çox hallarda istirahət məkanlarında turistlərə göstərilən servislər zamanı bu, özünü göstərir. Bununla yanaşı, kənd turizmi kimi elə sadə istirahət növləri də vardır ki, bu zaman bir aylığa da olsa, dincəlmək üçün gəlmiş qonaqlara nə yer tapmaq, nə qida servisi, nə də mənalı istirahət proqramı təşkil etmək çətinlik yaradacaqdır. Çünki buradakı müştərilər – bir çoxu da tanış-bilişimiz olan yerlilərimiz, onların yerləşmə yeri evimizin onlar üçün ayrılmış hissəsi, qidalanması anamın hazırladığı dadlı yeməklərdən olub, istirahət proqramları da həyətdəki böyük alma ağacının altındakı nərd masasından tutmuş dağdakı baldırğan gözəsinin buz bulaqlarına qədər hər yerdə təşkil oluna bilər.
Kənd turizmi əksər hallarda daxili turizm tipinə aid olunur. Müştərilərin əksəriyyətinin ölkəmizin və muxtar respublikamızın müxtəlif şəhərlərindən olduğu belə turizm növünün inkişafı yollarını mənimsəmək, əslində, gələcəkdə beynəlxalq turizmi də inkişaf etdirmək üçün lazım olacaqdır. Yuxarıda qeyd etdiyimiz kimi, kənd turizmi zamanı güclü reklama və geniş təşkilatçılıq tədbirlərinə ehtiyac yoxdur. Turistlərin gəlişinə qədər tələb olunan hər şey – saf, təmiz iqlim və su ehtiyatları, yaşıllıq, abad kənd şəraiti, ecazkar mənzərələr, şəhərdəki kimi bütün sosial infrastruktur təminatı və qonaqpərvər kənd əhalisi hazır resurslardır.
XS
SM
MD
LG