Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:12
-
Moskvanın hazırkı meri Sergei Sobyanin deyir ki, sentyabrın 8-də mer seçkilərindən qabaq rəqibləri ilə ictimai debata çıxmayacaq. Sobyaninin nümayəndəsi Lyudmila Shvetsovanın sözlərinə görə, o, əvəzində “seçiciləri ilə birbaşa ünsiyyətə” diqqət ayıracaq.
Shvetsova bu qərarın səbəbini açıqlamayıb. Ancaq Moskvadan gələn xəbərlərə görə, Sobyanin müxalifət lideri Aleksei Navalny ilə debata çıxmaq istəmir.
Bu həftənin əvvəlində Navalny bildirib ki, Sobyaninin yeniyetmə qızının Moskvanın mərkəzində böyük mənzili var və ailəsi bu mənzili açıqlanmış gəlir deklarasiyasında göstərilən qazancla ala bilməzdi. Kreml mənzilin Sobyaninə 2000-ci illərdə prezident administrasiyasında işlədiyi vaxt verildiyini deyir.
Bazar ertəsindən başlayaraq Navalny və dörd digər müxalifət namizədi Moskvanın radio və televiziyasında canlı debata çıxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG