Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:39
-
Bu gün Türkmənistanda “Yemiş Günü” qeyd olunur. Yemişin Türkmənistan mədəniyyət və tarixində əhəmiyyətini tanıtmaq üçün 1994-cü ildən bəri avqustun ikinci bazar günü rəsmi bayramdır.
Yarmarkalar və bazarlarda qızılı yemişlər qonaqları yoldan çıxarmağa çalışır, onları Türkmənistanın müxtəlif regionlarında becərilən yemişləri dadmağa səsləyir.
Bazar günü ölkənin ayrı-ayrı şəhərlərində yemişlə bağlı müsabiqələrdə mükafatlar təqdim olunur. Aşqabadda parklar və meydanlarda konsertlər keçirilir.
Türkmənistan yemişini əsrlər boyu yazıçılar mədh edib. Orta əsr ərəb səyahətçisi Ibn Battutah, Böyük Moğollar İmperiyasının banisi Zahiruddin Muhammad Babur bu barədə yazıblar.
Türkmənlərə görə ki, dünyadakı 1.600 yemiş növünün 400-nün bu ölkəylə tarixi bağlılığı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG