Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:56

Obama doqquz günlük tətilə başlayıb


-
ABŞ prezidenti Barack Obama ikinci prezidentlik müddətində ilk dəfə olaraq yay tətilinə çıxıb. O, doqquz günlük istirahətini Massaçusetsin Martha's Vineyard adasında keçirəcək.
Avqustun 10-da prezident ailəsini yola salmağa xeyli adam toplaşıb.
Ailə Chilmark şəhərində Obamanın kirayələdiyi altı yataq otağı olan bir evdə qalır.
Ağ Evin sözçüsü Jay Carney bildirib ki, Obama milli təhlükəsizlik və daxili məsələlərə dair gündəlik məlumat alacaq.
Milli təhlükəsizlik müşaviri Susan Rice Obama ilə tətil zamanı birlikdə olacaq Ağ Ev əməkdaşları arasındadır.
Obama Vaşinqtona avqustun 18-də qayıdacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG