Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

Katoliklərlə protestantlar toqquşublar


-
Ötən gecə Şimali İrlandiyanın Belfast şəhərində katoliklərlə protestantlar arasında baş verən qarşıdurmanı sakitləşdirmək istəyən 26 polis yaralanıb.

İğtişaşlar şəhər ərazinin İrlandiyaya birləşdirilməsini istəyən katoliklərin yürüşü zamanı baş verib. Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində qalmasını istəyən protestantlar katoliklərin şəhərin mərkəzinə çıxışına mane olmaq üçün yolu bağlayıblar.

Zorakılığın qarşısını almaq üçün polis su şırnaqlarından, rezin güllələrdən və itlərdən istifadə edib.

Nümayişçilər arasında bir neçə nəfər xəsarət alıb. Qarşıdurma zamanı aksiyaçılar bir neçə avtomobili yandırıb, vitrinləri sındırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG