Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:42

Rüstəm İbrahimbəyovla bağlı yeni açıqlama


-
«Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına xitam verilib-verilməməsinə bu gün və ya sabah konkret cavab olmalıdır».

Bunu AzadlıqRadiosuna Rüstəm İbrahimbəyovla yenicə telefonla danışdığını deyən Milli Şura üzvü Eldəniz Quliyev bildirib.

Onun dediyinə görə, Rüstəm İbrahimbəyovun pasport məsələsi həll olunsa, o, avqustun 12-də Milli Şuranın sessiyasında iştirak edəcək:

«Əgər bu tarixə qədər Rüstəm İbrahimbəyovun pasport məsələsi həll olmasa, digər variantlar müzakirə mövzusu olacaq».

Eldəniz Quliyev deyir ki, bu zaman əsas namizəd variantı üzərində müzakirə aparılacaq:

«Əsas namizəd variantı, bir neçə şanslı namizədin öz namizədliklərini irəli sürməsi deməkdir. O namizədlər hamısı ayrı-ayrılıqda qeydiyyatdan keçəcəklər və seçkiyə 10 gün qalmış öz aralarında bir nəfərin üzərində razılığa gəlinəcək. Həmin əsas namizəd də seçki ərəfəsində vahid namizədə çevrilir».

Günün bütün mövzuları

XS
SM
MD
LG