Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:10

Nobel mükafatlı yazıçıdan "Yalquzaq" romanı


-

"Qanun" və "Əli&Nino" nəşriyyatları "Klassiklər" seriyasından daha bir kitab çap etdilər - XX əsr alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, No­bel mükafatı laureatı Herman Hesse nin "Yalquzaq" romanını.

“Yalquzaq”ın baş qəhramanı Harri Hallen yurdsuz-yuvasızdır. İnsan­lardan tamamilə ayrı düşüb. Cəmiyyətlə onun arasında böyük uçurum var.

Hesse bu əsəri belə izah edir: “Əlbəttə, mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmirəm də. Qoy kim necə istəyir, elə də başa düşsün, nə lazımdırsa, onu da götürsün. Ancaq kaş onların çoxu görəydi ki, Yalquzağın hekayəti xəstəlikdən, böh­randan danışsa da, insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə doğru səsləyir”.

Almancadan tərcümə: Vilayət Hacıyev

Günün bütün mövzuları

XS
SM
MD
LG