Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:36

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı üçün seçilən KİV-lərin siyahısı


Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə qeydə alınmış namizədlərə mətbuatda ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ödənişsiz vaxt İctimai Televiziya və Radio Yayımları Şirkəti, «Azərbaycan», «Xalq qəzeti», «Respublika» və «Bakinski raboçi» qəzetlərində olacaq.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə MSK-ya müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG