Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:28

Bakıda Bayram namazı qılınıb


Ramazan ayının başa çatması münasibətilə məscidlərdə bayram namazı qılınıb. Bəzi müsəlman ölkələrində isə bayram namazı avqustun 8-də qılınıb.

Azərbaycanda yeni ay avqustun 7-də görünmədiyindən bayram namazı avqustun 9-u səhər qılınıb. Bununla da Ramazan ayı başa çatıb.

Müxtəlif statistik məlumatlara görə Ramazan bayramını dünyada yaşayan 1,5 milyarddan çox müsəlman bu və ya digər şəkildə qeyd edir.

Ramazan bayramı münasibəti ilə Azərbaycanda rəsmən 2 gün qeyri-iş günü sayılır, 8-i və 9-u avqust tarixləri.

Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
XS
SM
MD
LG