Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:47

II Yay Olimpiya Oyunlarına 2 lisenziya qazanılıb



ABŞ-ın Mayami şəhərində yeniyetmə cüdoçular arasında dünya birinciliyinə start verilib. Apasport.az-ın məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Tatamiyə çıxan 5 təmsilçidən 2-si fəxri kürsüyə yüksəlməyi bacarıb. Cüdoçulardan Natiq Qurbanlı (50 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Leyla Əliyeva (40 kq) yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib.

Onlar həlledici görüşə çıxmaqla, həmçinin gələn il avqustun 16-dan 28-dək Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya da qazanıblar.

Hələ 7 cüdoçu mübarizəyə qoşulacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG