Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:08

Yerevanda etiraz aksiyası 14-cü gündür davam edir [VIDEO]


-

Gənc fəallar artıq 14-cü gündür ki, şəhər rəhbərliyinin ictimai nəqliyyatda gediş haqlarını 30 faizə yaxın qaldırmasına qarşı etiraz aksiyaları keçirirlər.

Nəqliyatda qiymətlər keçən ay qaldırılmışdı. Güclü ictimai etirazlar təşkil edildiyindən meriya onun icrasını bir müddət dondurub.

Amma xüsusi komissiyanın rəyindən sonra şəhər rəhbərliyinin bu məsələyə yaxınlarda yenidən baxması gözlənir.

Ona görə gənc fəallar meriyanın qarşısında aksiyalarına ara vermirlər.

Avqustun 8-də polisin gəncləri meriyanın binasından uzaqlaşdırmaq cəhdi onlarla gənclər arasında mübahisələrə səbəb olub. Gənclər meriyanın qarşısında yolu kəsməyə çalışıblar.

Hadisə yerindən AzadlıqRadiosunun erməni xidmətinin çəkdiyi video ilə mətnin əvvəlində tanış ol.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG