Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:26

Yeni qəsəbəni yola çıxışsız qoyan obyektlər


-
Göygöldə yol kənarlarını yerli icra hakimiyyətindən satın almaq istəyənlər var. Rayonun yeni salınmış Qızılqaya qəsəbəsinin sakinləri deyirlər ki, icra hakimiyyəti vaxtilə ayrı-ayrı adamlara satdığı yol kənarını o adamlardan geri alıb elə sakinlərin özünə satsın. Sakinlər də qəsəbəni qala kimi hasara almış obyektlərdən azad edib mərkəzi yollara çıxışlar yaratsınlar. Qəsəbə sakini Eldar Qurbanov:
“Təzə qəsəbəmiz Gəncə-Göygöl yolunun üstündə yerləşir. Nazirlər Kabinetinin qərarı var ki, baş yola hər 180-300 metrdən çıxış olmalıdır. Bunlar isə mərkəzi yola 1060 metrdən bir çıxış qoyublar. Çıxış yolları arasındakı yerlər isə sahibkarlara satılıb. Yanacaqdoldurma məntəqələri, maşınyuma yerləri, başqa obyektlər tikilib. Qəsəbədə xəstəxana, mağaza, məktəb, bağça yoxdur. Bir qutu kibritdən ötrü də yolu keçib Gülüstan kəndinə getməli oluruq. Bu yolda o qədər qəzalar olub, piyadalar vurulub ki...”
Eldar Qurbanovun sözlərinə görə, qəsəbə sakinləri rayon icra hakimiyyəti qarşısında təklif də qoyublar:
“İstədiyimiz odur ki, 1060 metr məsafədəki bir neçə obyekti söküb yerində mərkəzi yola çıxış yaratsınlar. İşıqforlar, keçidlər qoysunlar. Hətta yerli icra hakimiyyətinə təklif etmişik ki, həmin yol kənarını əhaliyə satsınlar, əhali özü öz başına çarə etsin. Obyektləri söküb çıxışlar qoyaq. Şəxsən mənim 3 nəvəm yolun o tayındakı məktəbə gedib gəlir. Onlar məktəbdən qayıdana qədər nigaran qalırıq. Qəsəbədə demək olar ki, hər evdən məktəbə gedən uşaq var”.
Göygölün baş memarı Vüqar Hacıyev isə bildirib ki, Qızılqaya qəsəbəsi salınanda baş layihəyə əməl olunmayıb. Qəsəbənin Baş layihəsi aidiyyəti orqanlar tərəfindən tutulmayıb. Qəsəbədən yola 1060 metrdən bir çıxış qoyulub. Bu çıxışlar əsasən yaşayış olan ərazilər üçün qoyulub. Ancaq çıxışların sayı gələcəkdə artırılacaq.
XS
SM
MD
LG