Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:01

Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra görüşlər keçirib


Elmar Mammadyarov
Elmar Mammadyarov
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Braziliya, Çili, Kolumbiya, Kuba, Mərakeş, Argentina və Uruqvayın xarici işlər nazirləri ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.

Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Bu görüşlər BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə bağlı Nyu-yorkda keçirilən tədbir çərçivəsində baş tutub.
XS
SM
MD
LG