Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:40

Polis gəncləri saxladı və polisdə soyundurdu


-
Avqustun 8-i Bakıda sorğu keçirən Kanal13 internet televiziyasının əməkdaşları Qurban Məmmədovla Cavid Abdullayevi polis saxlayıb. Bu barədə AzadlıqRadiosuna gənclər özləri məlumat veriblər.
“Biz şəhərdə video sorğu keçirirdik, Cavid Abdullayevin əynində həbsdə olan İlqar Məmmədovun şəkli və üzərində “İlqarı qoruyaq,hələ gec deyil” yazılmış köynək var idi. Polis bizi saxladı və bölməyə gətirdi. Hələ niyə saxlandığımızı izah eləmirlər, gözləyirik. Belə güman edirk ki, bu geyimə görə saxlanmışıq”.
Son anda gənclərdən aldığımız məlumata görə, REAL Hərəkatının lideri İlqar Məmmədovu şəkli olan köynək müsadirə olunduqdan sonra onlar sərbəst buraxılıblar. Cavid Abdullayevin AzadlıqRadiosuna dediyinə görə polis çöldə gözləyən dostlarından birinin köynəyini geyindirdikdən sonra onu sərbəst buraxıb.
“Dostlarımdan birinin köynəyini çöldən gətirib mənə verdilər, əynimdəki köynəyi isə aldılar. Dedilər onu cırıb atacaqlar”.
Səbail rayon polis idarəsinin 9-cü böləsindən hadisə ilə bağlı hər hansı münasibət öyrənmək mümkün olmayıb. Bölmə əməkdaşları suallara cavablandırmaqdan imtina ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG