Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:51

Bruce Willis gününə 1 milyon dollar istədi...


-
Aktyor Bruce Willis Sylvester Stallone-nin məşhur layihəsi sayılan «Çılğınlar-3» («The Expendables 3» ) filmindən çıxıb.
The Hollywood Reporter-in yaydığı xəbərə görə, ulduz sənətçi alacağı qonorarı yetərli bilməyib.
Bruce Willis ona təklif ediləndən 1 milyon dollar artıq istəyib.
Bolqarıstanda gerçəkləşəcək 4 çəkiliş gününə görə, ünlü aktyora 3 milyon təklif edilib.
Amma o, hər çəkiliş gününə 1 milyon verməsələr, layihədən çıxacağını söyləyib.
Bruce Willis və Stallone razılığa gəlmədiklərindən avqustun 6-da Willis-in indən belə filmdə oynamayacağı açıqlanıb.
Filmin baş rol ifaçısı və ssenaristi Sylvester Stallone Bruce Willis-in filmdən getmə xəbərini öz Twitter səhifəsində yazıb.
O, yazısına bu sözləri də artırıb: «Xəsislik və tənbəllik karyeranı itirmənin ən doğru düsturudur».
Bruce Willis-in təmsilçiləri bu sözlərə heç bir şərh verməyiblər.
Daha sonra Stallone yeni layihəyə Harrison Fordun da qatılacağını və filmin mütləq çəkiləcəyini də bildirib.
Rejissor Patrick Hewes-un çəkəcəyi döyüş filmində Arnold Schwarzenegger, Jason Statham, Mickey Rourke , Wesley Snipes, Jackie Chan, Nicolas Cage, Mel Gibson, və s. ünlü aktyorlar rol alacaq.
Premyeranın 2014-cü ildə olacağı bildirilir.
Filmin büdcəsi 90 milyon dollardır.
«Çılğınlar» silsiləsinin ilk filmi 2010-cu ildə ekrana çıxıb.
80 milyon dollara başa gələn 1-ci film 274 milyon dollar qazanc gətirib.
2012-ci ildə çəkilən ikinci film birincini üstələyib və qazanc 300 milyon dollara çatıb.
«Çılğınlar-2»-nin çəkilişlərinə Sylvester Stallone, Bruce Willis, Arnold Schwarzenegger, Jean Claude Van Damm və Chuck Norris qatılmışdılar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG