Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:24

Azərbaycan tərəfinə əsir düşən erməni əsgərini çobanlar yaxalayıb


Ötən gecə saat 23:00 radələrində Azərbaycan tərəfinə əsir düşən erməni əsgərlərini azərbaycanlı çobanlar yaxalayıb. ANS- in məlumatına görə, onun təmas xəttini azaraq keçdiyi ehtimal olunur.

Əsgər Akop Ciqulyan Ağdamın Çəmənli kəndi ərazisində- təmas xəttinin yaxınlığındakı fermalardan birinə gəlib. Onun erməni olduğunu anlayan çobanlar əsgəri yaxalayıb. Əsgərin üstündə heç bir sənəd olmayıb.O çobanlara Əsgəran rayonundan olduğunu və 2 ildir ki, xidmət etdiyini deyib.Əsgər hərbçilərə təhvil verib.

Azərbaycan hərbçiləri ərazini nəzarətə götürüb, əsgərin təmas xəttini necə keçməsi araşdırılır.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1 erməni əsgərinin əsir götürülməsini təsdiqləyib.

Bundan əvvəl 2 erməni əsgərinin Ağödam istiqamətində təmas xəttini keçməsi, birinin yaxalanması, birinin isə qaçarkən minya düşməsi barədə məlumat yayılmışdı.
XS
SM
MD
LG