Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35
Bu gün Gürcüstanda, 2008-ci il Rusiya ilə 5 günlük müharibənin oldönümü qeyd edilir.Bu münasibətlə Qori şəhərində hərbi parad keçirilib, ölənlərin xatirəsi anılıb.

Qeyd edək ki, Rusiya Cənubi Osetiyaya görə baş verən həmin müharibədən sonra Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı.

Həmin vaxt Rusiya prezidenti olan indiki baş nazir Dimitri Medvedev bu gün Gürcüstan televiziyasına müsahibəsində bir daha həmin münaqişəyə görə Gürcüstanı günahlandırıb. Həmin dövrdə Gürcüstanın BMT-ki nümayəndəsi olan indiki müdafiə naziri İrakli Alasaniya da bu münaqişəyə görə indiki prezident Mikheil Saakashvilini günahlandırıb. Alasaniya deyir ki, artıq həmin vaxt hadisələrə təsir göstərmək gec idi.

Qeyd edək ki, prezident Saakashvilinin Vahid milli hərəkat partiyası ötən ilin oktyabrında hazırkı baş nazir Bidzina İvanishvilinin Gürcü arzusu koalisiyasına uduzdu.

İvanisvili indi Rusiya ilə korlanmış münasibətləri yoluna qoymağa çalışır.
Amma Alasaniya hələlik Rusiyanın Gürcüstana münasibətinin hələlik dəyişmədiyini deyir.

Saakasvili isə indiki hökumətin Rusiya ilə normal münasibətlər qurmaq istəməsini sadəlöhv arzu adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG