Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:55

Xəzərdə Azərbaycan gəmisi saxlanıb


-
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Xəzər dənizinin Dağıstan akvatoriyasında Azərbaycan bayrağı altında üzən “Naftalan” gəmisini saxlayıb.
Bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb. Məlumatda qeyd olunur ki, Mahaçqaladan Səngəçal terminalına istiqamət alan gəmidə qaçaqmalçılıq yolu ilə əldə olunmuş “Lukoyl”a məxsus bir neçə min ton xam neft olub.
Bildirlir ki, Həştərxan şelfindən çıxarılan neftin Bakı-Novorosiysk kəməri ilə nəql olunması nəzərdə tutulubmuş. Faktla bağlı Rusiya Cinayət Məcələsinin “strateji resursların qaçaqmalçılığı” maddəsi ilə cinayət işi başlandığı bildirilir.
Rusiya mənbələri tankerin Azərbaycanın Dövlət Neft Şirkətinə məxsus olduğu barədə məlumat yaysa da Şirkətin mətbuat xidməti bunu təkzib edir, bu adda gəmilərinin olmadığını bildirir.
Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin internet saytında verilən tanker siyahısında 1983-cü ildə istehsal olunan "Naftalan" tankerinin adı yer alıb.

“Naftalan” tankeri “General Şıxlinski” tipi üzrə 21 gəmidən biridir. Gəminin ümumi yük tutumu 5353 tondur.
Rusiya tərəfinin saxladığı bu tankerin məhz həmin tanker olması barədə suallarımıza Xəzər Dəniz Gəmiçiliyi İdarəsindən hər hansı məlumat ala bilmədik.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG