Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:52

1 erməni əsgəri əsir, biri isə minaya düşüb


Avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin iki hərbçisi Ağdam cəbhəsi istiqamətində qoşunların təmas xəttini keçərək Azərbaycan tərəfə keçib. APA-nın məlumatına görə, Azərbaycan hərbçiləri onlardan birini saxlayıb, digəri isə qaçmaq istəyərkən neytral zonada minaya düşüb.Onun sağ qalıb-qalmaması barədə məlumat yoxdur.

Erməni hərbçilərin təmas xəttini nə məqsədlə keçdikləri hələlik məlum deyil. Araşdırma gedir.

Rəsmi qurumlar hələlik insidentə münasibət bildirməyib. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AzadlıqRadiosuna bayram günləri olduğundan bu barədə məlumat verə bilməyəcəklərini deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG